Bakıda qəza işıqforu yararsız hala salıb

Xəbərlər

12.11.2025 - 18:29

Piyada işıqforuna isə zərər dəyib

Noyabrın 12-si səhər saatlarında paytaxtın Xətai rayonu, 8 Noyabr prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) AYNA.AZ-a verilən məlumata görə, qəza nəticəsində nəqliyyat işıqforu yararsız vəziyyətə düşüb, piyada işıqforuna isə zərər dəyib.

İlkin ehtimala görə, qəza sürücünün diqqətsizliyi nəticəsində baş verib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş