Bakıda qətl törədilib

Hadisə

13.07.2021 - 10:42

Həkimlər Klinikalar SEO Xidməti

16 yaşlı yeniyetmə şübhəli bilinir

 

İyulun 12-də paytaxtın Binəqədi rayon sakini 1990-cı il təvəllüdlü Elnar Qədimovun qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

 

Binəqədi Rayon Prokurorluğundan AYNA-ya verilən məlumata görə, istintaqla zərərçəkmişin tanışı, 2005-ci il təvəllüdlü Bəhruz Mehrəliyevin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Elnar Qədimovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Bəhruz Mehrəliyev şübhəli şəxs qismində istintaqa cəlb edilib. Hazırda iş üzrə istintaq davam edir.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş