Yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində oteldə yanğın olması barədə ilkin məlumat daxil olub. AYNA xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Qeyd olunub ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.