Bakıda oğurluq: qardaşlar saxlanılıb

Xəbərlər

19.01.2026 - 20:59

Səbail rayonundakı evlərin birindən oğurluq edilib

Bakının Səbail rayonundakı evlərin birindən oğurluq edilib. Daxili İşlər Nazirliyindən (DİN) AYNA.AZ-a verilən məlumata görə, ev sahibi 5 min manat dəyərində məişət əşyalarının talanması barədə polisə məlumat verib.

Səbail Rayon Polis İdarəsinin 8-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən iki qardaş - 31 yaşlı Elməddin Sadiqov və 29 yaşlı Ümüd Sadiqov saxlanılıblar.

Araşdırmalar nəticəsində onların digər bir obyektin saxlanc yerindən də avtomobil ehtiyat hissələri oğurlayaraq satdıqları müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş