Bakıda neft quyusu yaxınlığında yanğın olub

Hadisə

11.12.2025 - 14:49

Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb

Bakıda neft quyusu yaxınlığında yanğın olub. AYNA.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, Suraxanı rayonunda 1 ədəd elektrik lövhəsi və 1 paq.m kabel yanıb. Yaxınlıqdakı neft quyusu yanğından mühafizə olunub.

Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş