Bakıda NATO-nun təlim kursu keçirilib

Xəbərlər

03.12.2021 - 17:48

Həkimlər Klinikalar SEO Xidməti

Praktiki qrup çalışmaları yerinə yetirilib

Müdafiə Nazirliyinin NATO ilə 2021-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun Brunssumda (Niderland Krallığı) yerləşən Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən "Hərbi ictimai əlaqələr" mövzusunda təlim kursu keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, kursda dinləyicilərə NATO-nun media və ictimaiyyətlə birgə fəaliyyəti ilə bağlı müxtəlif sahələrdə brifinqlər təqdim olunub. Mövzuya dair fikir mübadiləsi aparılaraq praktiki qrup çalışmaları yerinə yetirilib. Sonda dinləyicilərə sertifikatlar təqdim olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş