Bakıda narkotacir “Quli” tutulub - <font color=red> FOTO</font>

Xəbərlər

28.07.2020 - 16:10

cedabet dərman SEO Xidməti

Ağaqulu Əzizovun üzərindən 11 bükümdə marixuna aşkar olunaraq götürülüb

 

Paytaxtda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb edilib. AYNA-nın APA-ya istinadən məlumatına görə, Səbail Rayon Polis İdarəsinin Narkotiklə mübarizə bölməsi və 8-ci Polis Bölməsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar aləmdə “Quli” ləqəbi ilə tanınan Ağaqulu Əzizovun üzərindən 11 bükümdə, ümumi çəkisi 5,180 qram çəkidə marixuna aşkar olunaraq götürülüb.

 

Şübhəli şəxs ətrafında davam etdirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən 2 ədəd sellafonda qablaşdırılmış, ümumi çəkisi 3 kq 485 qram narkotik vasitə olan marixuna aşkarlanıb.

 

Faktla bağlı Səbail RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanıb, əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bakıda “Quli” ləqəbli narkotacir tutulub - FOTO

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş