Bakıda naməlum şəxslər sorğu keçiriblər: nazirlik araşdırma aparır

Xəbərlər

18.06.2024 - 13:39

“Sakinlərin narahatlığına hər hansı əsas yoxdur”

Bakının Yasamal rayonunda naməlum şəxslərin müxtəlif ünvanlarda sorğu keçirməsi ilə bağlı sosial mediada yayılan görüntülər araşdırılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, polis əməkdaşları tərəfindən həmin şəxslər müəyyən olunub, onların əməllərində hər hansı cinayət tərkibi aşkarlanmayıb.

Onların xidmət sahəsində çalışan şirkətlərdən birinə aid menecerlər olması məlum olub: "Sakinlərin narahatlığına hər hansı əsas yoxdur".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş