Bakıda motosiklet və moped oğurlanıb

Xəbərlər

11.01.2026 - 12:29

Oğurluğu törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

Bakının Binəqədi rayonunda yerləşən evlərdən birinin qarşısından “Tufan M-50” markalı motosikletin oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən (DİN) AYNA.AZ-a verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən N. Məmmədzadə müəyyən edilərək saxlanılıb.

Suraxanı rayonunda da bir nəfərə məxsus mopedi oğurlamaqda şübhəli bilinən İ. Məmmədli polis əməkdaşları tərəfindən saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş