Bakıda məhv edilmiş 750 illik məzarlıq: burada insan sümüyü it sümüyünə qarışıb - FOTOLAR

Mədəniyyət

29.03.2023 - 15:48

İnventar nömrəsi: 5740 olan və üstünə “Mədəniyyət Nazirliyi tərəfindən qorunur” yazısından başqa, burda heç nə qorunmur

Bir neçə gün öncə Tapdıq Abdullayev adlı gənc sosial mediada Hövsanda General Soltan Qılmanov küçəsində yerləşən və yerli əhəmiyyətli arxeoloji abidə kimi dövlət tərəfindən “qorunan” qəbiristanlıqdan fotolar paylaşmışdı. ARB TV mənə zəng elədi, mən TV kanallara çıxmıram, imtina edirəm. Amma mövzu tarixi abidə olduğu üçün razılaşdım (kaş getməyədim, TV kanalın mənə hörmətsizliyini görəndən sonra peşman oldum). Getdim ora, müsahibəni verdim, hər məzarın haqqında, baş daşlarında yazılar, işarələr, simvollar barədə danışdım. Bilirəm, TV kanal az verəcək deyə, geniş status yazmağa qərar verdim.

Konkret, ilk gəldiyim qənaət budur. Azərbaycanda Mədəniyyət Nazirliyi, mədəni irsin bərpası ilə məşğul olan qurum, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi xalqımızın ən qədim məzarlıq yerlərindən biri olan, birbaşa tarixin özü olan Hövsandakı bu yeri görməzdən GƏLİRLƏR! İllərdir orda dəfn olunan insanların nəinki ruhlarına, qəbirlərinə belə hörmətsizlik, diqqətsizlik ilk baxışda görünür. İslam adət-ənənəsini qoyaq kənara, orada İNSANLIQ yox edilib. Qədim qəbirlər baş daşları dağılıb, qəbirlərin yeri qazılıb, it sümükləri insan sümüklərinə qarışıb, zibillik, ayaqaltı yol olub ora. Orda dəfn edilən insanların sümükləri üzə çıxıb, itlər o sümükləri aparıb. Üstündə Quran ayələri olan baş daşları, qəbir daşlarının üstündən sanki tank keçib. Bir neçə məzar çıxmaqla, qalanları təmiz yox olmaq üzrədir.

Amma Azərbaycanda yaşı 750-yə çatan bu məzarlıqda türk və islam adətlərinin əks olunduğu qəbir daşları, memarlığına görə XVI əsrə aid olan daşlar, sərdabə, sandıq məzar, kurqanlar görünməz əllər tərəfindən yox edilir. Özü də harda, yaşı yüzə çatan məscidin yanında. Nə məscidi idarə edən insanlar, nə də ora gələn dindarların biri babalarımızın dəfn olunduğu məzarlığın bu gündə olmasını görürlər. Əslində görməzdən gəlirlər. Bu, məscidin yanında baş verir və ibadət edən dindarların oranı qorumaq üçün heç bir iş görmədiyini aşkar görmək olar. Məscidə ayrılan maliyyənin az hissəsi o məzarlığın hasarlanmasına ayrılsa idi, orda dəfn edilən insanların ruhu şad olar, it sümükləri, heyvan sümükləri insan sümüklərinə qarışmazdı. Axı məscid Allahın evidir, məzarlıq insanın son mənzilidir. Allahın evində olanlar oranın belə vəziyyətdə olmasını görürlərsə, onlar o biri dünyada o ruhlara nə cavab verəcəklər?

Bu məzarlığın tarixi 16-cı əsrə aiddir. Amma orada oxuduğum bəzi baş daşlarındakı işarələr ən azı 750 yaşı olduğunu deyir. Salamat qalan məzar daşlarının üstündə Qurani-Kərimdən ayələr və mərhumun adı yazılsa da, orda türk şamanizm elemenləri də var. Bəzi qəbirlərdə günəş, ay, ulduzla yanaşı, digər naxışlar da var. Bazubənd elementindən digər elementlərə qədər, var. Burda tikili formasında bir neçə ümumi məzar var, onları o zaman mərhumun yaxınları tərəfindən hövsanlılar demişkən, “amana” qoyulub ki, sonradan onların sümükləri Kərbala, Məşhəd, Məkkə, Nəcəf kimi yerlərə aparılıb dəfn edilsin. Lakin sonradan sümükləri apara bilməyənlər, bəzi baş daşlarını aparıblar müqəddəs yerlərə.

Məlumdur ki, Hövsan qədimdə liman yeri kimi əhəmiyyət daşıyıb. Suraxanıya gələn hindlilər və digər atəşpərəstlər Hövsan limanında düşüb, dizin-dizin sürünüb Atəşgaha gedirdilər. O zaman bunun qarşısını almaq üçün məhz atəşpərəstlərin getdiyi yolda bu məzarlıq salınıb.

Burda rast gəldiyim ağır fakt bəzi qəbirlərin baş hissəsinin qazılması idi. Öyrəndim ki, o zamanlar qızıl axtaranlar bu qəbirləri qazıb qızıl dişləri oğurlayıb aparıblar.

Məzarlar üç cürdür burada:

1) Üç mərtəbəli məzarlar - bir ailə üst-üstə dəfn edilib.

2) Sandıq formasında məzarlar - orada yalnız bir adam dəfn edilib və heç kim başqa adamı dəfn edə bilməz.

3) Varlı-kasıb məzarları - baş daşı iri və kiçik olan məzarlar.

İnventar nömrəsi: 5740 olan və üstünə “Mədəniyyət Nazirliyi tərəfindən qorunur” yazısından başqa, burada heç nə qorunmur. Bir Allah bəndəsi gəlib burada bir daşı belə qaldırmayıb. Hasara alınmayıb məzarlıq, yeni qəbirlər köhnələrə qarışıb. Daşlar tamam oxunmaz hala gəlib, hətta qəbrin bəzi baş daşları Qiblə tərəfə deyil, başqa səmtə yönəldilib. Repressiya dövründə kənd sakinləri qədim dini kitabları, əşyaları gətirib bu qəbirləri qazıb içlərində gizlədiblər. Qəbirlərin üzərində Quran ayələri həkk olunur. Eyni zamanda, türk inanc sisteminə aid simvolikalar da əks edilib.

Nə etmək lazımdır. Əlbətddə, orada məzarlarda kimlərin dəfn olunduğunu bilmək çətindir. Baş daşlarında yazılar və naxışlar pozulub. Amma oranı hasara alıb ayaqaltı olmaqdan xilas etmək olar, heyvan sümüklərindən təmizləmək, sümükləri üzə çıxan qəbirləri yenidən dəfn etmək, məzar daşlarına uyğun qəbirləri müəyyən edib daşlar ətrafını hörmək və s.

Amma kim edəcək - Mədəniyyət Nazirliyi, icra hakmiyyəti, Mədəni İrsin Bərpası İdarəsi, Komitə, yerli sakinlər yoxsa, Qafqaz Müsəlmanları İdarəsi? KİM DƏ, KİM!????

Zaur Əliyev - Dosent

Bakıda məhv edilmiş 750 illik məzarlıq: burada insan sümüyü it sümüyünə qarışıb - Bakıda məhv edilmiş 750 illik məzarlıq: burada insan sümüyü it sümüyünə qarışıb - Bakıda məhv edilmiş 750 illik məzarlıq: burada insan sümüyü it sümüyünə qarışıb - Bakıda məhv edilmiş 750 illik məzarlıq: burada insan sümüyü it sümüyünə qarışıb - Bakıda məhv edilmiş 750 illik məzarlıq: burada insan sümüyü it sümüyünə qarışıb - Bakıda məhv edilmiş 750 illik məzarlıq: burada insan sümüyü it sümüyünə qarışıb - Bakıda məhv edilmiş 750 illik məzarlıq: burada insan sümüyü it sümüyünə qarışıb - Bakıda məhv edilmiş 750 illik məzarlıq: burada insan sümüyü it sümüyünə qarışıb - Bakıda məhv edilmiş 750 illik məzarlıq: burada insan sümüyü it sümüyünə qarışıb - Bakıda məhv edilmiş 750 illik məzarlıq: burada insan sümüyü it sümüyünə qarışıb - Bakıda məhv edilmiş 750 illik məzarlıq: burada insan sümüyü it sümüyünə qarışıb -
Müəllif: Ayna.az