Azər Paşa Nemətov dəfn olunub

Mədəniyyət

10.04.2023 - 16:36

Xalq artisti İkinci Fəxri Xiyabanda  dəfn olunub

Akademik Milli Dram Teatrının bədii rəhbəri, teatrın baş rejissoru və direktoru Xalq artisti Azər Paşa Nemətov İkinci Fəxri Xiyabanda dəfn olunub.

AYNA APA-ya istinadən xəbər verir ki, əvvəlcə mərhumla Akademik Milli Dram Teatrında vida mərasimi keçirilib.

Mərasimində mərhumun ailə üzvləri, yaxınları ilə yanaşı, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət Nazirliyinin nümayəndələri, mədəni-ictimai xadimlər və media mənsubları iştirak edib.

Daha sonra cənazə İkinci Fəxri Xiyabana aparılaraq dəfn olunub.

Xatırladaq ki, Azər Paşa Nemətov dünən 76 yaşında ürəktutmasından vəfat edib.

Müəllif: Ayna.az