Bakıda istifadəyə yararlı çimərliklərin siyahısı

Cəmiyyət

04.08.2020 - 16:53

Həkimlər Klinikalar SEO Xidməti

Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb

 

Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları çimərliklərdə monitorinqlər keçirib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb. 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, aparılan monitorinq və araşdırmaların nəticələrinə görə Bilgəh, Mərdəkan, Nardaran, Novxanı, Pirşağı, Zaqulba, Şüvəlan və Buzovna çimərlikləri istifadəyə yararlıdır. 

 

Hazırda Xəzər dənizinin digər çimərliklərində də monitorinq və araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş