Cəmiyyətdə böyük məyusluq – <font color=red> Ümidlər doğrulmadı</font>

Cəmiyyət

29.12.2019 - 14:43

Ekspert: “Dövlət vəsaitlərinin bu şəkildə idarə edilməsi qanunsuzdur”

 

Bu günlərdə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal Yaşayış Kompleksinin 22-27 nömrəli binalarındakı 248 mənzilin seçim prosesini başa çatdırıb. Mənzil seçimi proseduru saat 11:00-da başlayıb və ildırım sürəti ilə tamamlanıb.

 

MİDA mənzillərin seçim prosedurunun www.e-gov.az elektron hökumət portalındakı güzəştli mənzil sistemi vasitəsilə şəffaf, təhlükəsiz və fasiləsiz şəkildə həyata keçirildiyi bildirir. Ancaq müstəqil müşahidəçilər bu prosedurun şəffaflığına şübhə edirlər.

 

İqtisadçı-ekspert Rəşad Həsənov AYNA-ya deyib ki, mənzillərin satışı sürətli şəkildə keçirilib və bir çoxları xəyal qırıqlığına uğrayıb: “Əhalinin böyük əksəriyyəti MIDA-nın fəaliyyətinə ciddi şübhə edir. Şikayətlərdən belə anlaşılır ki, hətta xüsusi elektron proqram - CAPTCHA belə bir "nou-hau"nun (istehsalahat sirri – red.) qarşısını ala bilmir. Son iki satış əməliyyatı deyilənlərin sübutudur. Həssas sosial təbəqələrin məyus olması güzəştli mənzil proqramının mahiyyətinə uyğun deyil. Dövlət vəsaitlərinin bu şəkildə idarə edilməsi qanunsuzdur”.

Tanya Samsonova