Bakıda intihara cəhd: Polis gənci xilas etdi - <font color=red> VİDEO</font>

Hadisə

11.05.2020 - 11:29

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə metronun “Neftçilər” stansiyası yaxınlığında baş verib

 

Ötən gün paytaxtda intihar hadisəsinin qarşısı alınıb. AYNA xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində, metronun “Neftçilər” stansiyası yaxınlığında qeydə alınıb.

 

Hadisəni əks etdirən görüntülər sosial şəbəkədə paylaşılıb. Paylaşımda qeyd olunub ki, metro stansiyasının yaxınlığındakı körpünün üzərinə çıxan gənc intihar etmək istədiyini deyib.

 

Bu zaman Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının yaxınlıqda olan əməkdaşlarından biri hadisənin qarşısını alıb.

 

Vətəndaşların sözlərinə görə, Çevik Polis Alayının serjantı Xanlar Nəcəfov intihar etməyə cəhd edən şəxsi xilas edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş