Bakıda iki marşrutun hərəkət sxemi dəyişdirilib

Xəbərlər

25.01.2021 - 11:26

Səbəb avtonəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət tətbiq edilməsidir

 

Bakıda 161 və 191 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti olaraq altenativ yolla təşkil edilib. AYNA xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

 

Bildirilib ki, buna səbəb Zığ-Hava Limanı avtomobil yolundan Dədə Qorqud yaşayış massivinə doğru gedən yolda aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət tətbiq edilməsidir.

Müəllif: Ayna.az