Bakıda idman zalından oğurluq edilib

Xəbərlər

19.11.2025 - 15:24

Keçmiş məhkum polis tərəfindən saxlanılıb

Ötən gün Bakının Xətai rayonunda yerləşən idman zallarının birində talama cinayəti baş verib. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Qeyd olunub ki, naməlum şəxs səhər saatlarında obyektə daxil olaraq içərisindən 8500 manat dəyərində geyim və idman əşyaları, kompüter oğurlayıb. Bu barədə zərərçəkən polisə məlumat verib.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə qeyd olunan əməli törətməkdə şübhəli bilinən, əvvəllər də analoji cinayətlərə görə dəfələrlə məhkum edilmiş 41 yaşlı V.Məmmədov müəyyən olunaraq saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş