Bakıda heroin satan narkokuryer saxlanılıb

Xəbərlər

08.09.2025 - 11:15

32 yaşlı əvvəllər məhkum olunmuş şəxs saxlanılıb

Bakının Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı keçirilən əməliyyat zamanı 32 yaşlı əvvəllər məhkum olunmuş Kənan Həsənov saxlanılıb.

Daxili İşlər Nazirliyindən (DİN) AYNA.AZ-a verilən məlumata görə, ondan 1 kiloqramdan artıq yüksək təsiredici xassəyə malik narkotik vasitə olan heroin aşkarlanıb.

Saxlanılan şəxs ifadəsində narkotik vasitələri maddi gəlir qazanmaq niyyəti ilə sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş