Bakıda heç vaxt asfalt olmayan küçə - <font color=red> VİDEO</font>

Cəmiyyət

01.07.2020 - 11:12

Həkimlər Klinikalar SEO Xidməti

Avtomobil Yolları Dövət Agentliyi hələ “3 il də gözləyin” deyir

 

Sabunçu qəsəbəsinin Hüseynqulu Sarabski küçəsində heç vaxt asfalt örtüyü  olmayıb. Hər gün torpaq yolla hərəkət edən sakinlərin səbri də artıq tükənib.  AYNA “Baku” TV-yə istinadən xəbər verir ki, bir müddət əvvəl əraziyə kanalizasiya xətti çəkilib, bundan sonra onsuz da bərbad vəziyyətdə olan yol, daha da pis hala düşüb. Sakinlər deyir ki, yolların bu formada olması səbəbindən taksi və təcili yardım xidməti də bu əraziyə gəlməkdə çətinlik çəkir.

 

“Dəfələrlə olub ki, təcili yardım da, gəlib vaxtında bura çata bilmir”, - deyə sakin bildirir. Başqa bir sakin isə “bizdə evdə qoca var, cavan var, təcili yardım çağıranda gəlmirlər. Taksi deyirik, deyirlər ora gəlmirik”, söyləyib.

 

Azərbaycan Avtomobil Yolları Dövət Agentliyindən (AAYDA) bildirilib ki, məsələdən xəbərdardılar. Mərhələli şəkildə 2023-cü ilin sonunadək  bu küçə də daxil olmaqla bütün qəsəbədaxili yollar təmir ediləcək.

 

“Ümumiyyətlə qeyd edim ki, nəinki o küçədə, bütün qəsəbə daxilindəki yollarda vəziyyət ürəkaçan deyil. Növbəli şəkildə bütün qəsəbədaxili yollar təmir ediləcək”,  AAYDA-nın sözçüsü Anar Nəcəfli deyib.

 

Belə görünür ki, sakinlər ən azı 3 il yollarının təmir olunmasını gözləmək məcburiyyətindədirlər. 3 il isə elə də az müddət deyil...

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş