Bakıda havada toz müşahidə olunur

Xəbərlər

18.03.2024 - 09:58

“Tozlu hava şəraitinin gün ərzində davam edəcəyi gözlənilir”

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, bu gün səhər saatlarında Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

AYNA-nın xəbərinə görə, Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib ki, hazırda havada tozun miqdarı 1.6 dəfə normadan artıqdır.

“Tozlu hava şəraitinə səbəb axşam saatlarında şimal-qərb istiqamətli küləklərin cənub-şərq istiqamətli küləklərlə əvəz olunması ilə əlaqədar ölkə ərazisinə Xəzər dənizi üzərindən daxil olan toz-dumanıdır. Tozlu hava şəraitinin gün ərzində davam edəcəyi gözlənilir”, - deyə baş mühəndis qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş