Bakıda evlərdən oğurluq edən şəxslər saxlanılıblar

Xəbərlər

03.07.2025 - 21:45

cedabet dərman SEO Xidməti

Binəqədi rayonunda tikintisi tamamlanmayan 8 evdən oğurluq edilib

Bakının Binəqədi rayonunda tikintisi tamamlanmayan 8 evdən oğurluq edilib. Daxili İşlər Nazirliyindən (DİN) AYNA.AZ-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə qabaqcadan əlbir olaraq talama cinayətini törədən şəxslər - 33 yaşlı Rövşən Cavadov və tanışı 38 yaşlı Elvin Aliyev saxlanılıblar.

Həmin şəxslər Novxanı və Görədil bağları massivlərində evlərdə təmir işlərinin getmədiyinə əmin olduqdan sonra həmin mənzillərdən santexnika malları, təmir-tikinti alətləri, məişət əşyaları və elektrik naqillərini talayıblar. Bu yolla zərərçəkənlərə külli miqdarda zərər vurublar. Onların oğurluq əməlləri təhlükəsizlik kameraları vasitəsilə lentə alınıb.

İdarə əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı Sulutəpə qəsəbəsində iki evdən ümumilikdə 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayan 48 yaşlı Ramil Əsgərov da saxlanılaraq istintaqa təqdim edilib.

Qeyd olunan faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş