Bakıda ekspres marşrut xətləri fəaliyyətini davam etdirəcək

Cəmiyyət

08.05.2020 - 19:10

Həkimlər Klinikalar SEO Xidməti

“Maskalardan istifadə etməyə və sosial məsafəni gözləməyə çağırırıq”

 

Çoxsaylı vətəndaş müraciətlərini nəzərə alaraq bildiririk ki, M1, M2, M3, M4, M5, M6 və M7 ekspres marşrut xətləri üzrə sərnişindaşımaları davam etdiriləcək.

 

AYNA-nın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) açıqlamasında bildirilir. Ekspres xətlərin iş qrafikində də dəyişiklik edilməyib. Hər hansı bir dəyişiklik ediləcəyi təqdirdə bu barədə əvvəlcədən ictimaiyyətə məlumat veriləcək.

 

"Bir daha sərnişinləri dayanacaqlarda və nəqliyyat mübadilə mərkəzlərinin ərazisində, eləcə də avtobuslarda qoruyucu maskalardan istifadə etməyə və sosial məsafəni gözləməyə çağırırıq"- deyə, BNA məlumatda qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş