Bakıda cibgir tutulub

Xəbərlər

09.02.2026 - 11:17

Saxlanılan şəxs oğurladığı qızıl-zinət əşyalarını 730 manata satdığını etiraf edib

Bakının Xətai rayonunda sərnişin avtobusunda bir nəfərin içərisində qızıl-zinət əşyaları və bank kartı olan pul kisəsi oğurlanıb.

Daxili İşlər Nazirliyindən (DİN) AYNA.AZ-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cibgirlik etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 58 yaşlı Pünhan Umudov müəyyən edilərək saxlanılıb.

O oğurladığı qızıl-zinət əşyalarını 730 manata satdığını, bank kartı ilə isə marketlərdə 900 manatlıq alış-veriş etdiyini bildirib.

Araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş