Bakıda bu marşrutun hərəkət sxemi dəyişib

Xəbərlər

19.08.2021 - 18:15

Dəyişiklik təmir işləri yekunlaşanadək qüvvədə olacaq

 

Nizami İsmayılov küçəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərə uyğun olaraq 66 nömrəli müntəzəm marşrutun hərəkət sxemində müvəqqəti dəyişiklik edilib. AYNA xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

 

Bildirilib ki, dəyişikliyə əsasən marşrutun hərəkət sxemi müvəqqəti olaraq Yusif Eyvazov, Etibar Bəkirli, Cəlal Qurbanov, Zaur Şərifov, Sakit Qocayev küçələrindən keçməklə təşkil ediləcək.

 

Dəyişiklik təmir işləri yekunlaşanadək qüvvədə olacaq.

Müəllif: Ayna.az