Bakıda bank kartlarından oğurluq edən şəxslər saxlanılıb

Xəbərlər

23.08.2025 - 20:24

İki nəfərin bank kartından ümumilikdə 3900 manat pul oğurlanıb

Bakı sakini olan iki nəfərin bank kartından ümumilikdə 3900 manat pul oğurlanıb. Daxili İşlər Nazirliyindən (DİN) AYNA.AZ-a verilən məlumata görə, bu barədə zərərçəkən şəxslər polisə müraciət ediblər.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə talama cinayətlərini törətməkdə şübhəli bilinən 24 yaşlı Ş.Abbasov və 22 yaşlı N.Teyyubov müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş