Bakıda bank kartlarındakı vəsaitləri talayan şəxs saxlanılıb

Xəbərlər

01.06.2024 - 20:31

cedabet dərman SEO Xidməti

Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə müxtəlif vaxtlarda səkkiz nəfərin bank kartından 850, 184, 1 000, 400, 481, 2000, 200 və 205 manat olmaqla ümumilikdə 5 320 manat pul vəsaitinin talanması barədə məlumatlar daxil olub.

Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törədən, əvvəllər dələduzluq və quldurluğa görə məhkum olunmuş 39 yaşlı Elşad Fəttahov Hövsan qəsəbəsində saxlanılıb.

Faktlarla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

E.Fəttahovun əməllərindən zərər çəkən digər şəxslər varsa, bu barədə polis orqanlarına müraciət edə bilərlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş