Avtomobilin mühərrik hissəsi yanıb
Bakıda avtomobildə yanğın olub. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd olunub ki, Bakı şəhərinin Suraxanı rayonunda “AzSamand” markalı avtomobilin mühərrik hissəsi yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.