Bakıda avtomobillə vurulan uşağın ayağı sınıb

Hadisə

09.04.2024 - 07:34

Bakının Xətai rayonunda dörd yaşlı uşaq yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

AYNA xəbər verir ki, 2020-ci il təvəllüdlü Y.Layıcov yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bud sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır .

Müəllif: Ayna.az