Bir nəfər şübhəli şəxs qismində saxlanılıb
Bakının Bakıxanov qəsəbəsi ərazisində “Hyundai” markalı avtomobildən 1275 manat pul, mobil telefon, poverbank və sənəd oğurlanması barədə polisə məlumat daxil olub. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Qeyd olunub ki, Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 22 yaşlı N.Eminov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.