Bakıda avtomobildən oğurluq edilib

Xəbərlər

24.03.2024 - 16:54

İki nəfər şübhəli şəxs qismində saxlanılıb

Bakıda, Binəqədidə oğurluq olub. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 21-nə keçən gecə Binəqədi qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobildən maqnitofon, akkumulyator və səsgücləndiricilərini oğurlamaqda şübhəli bilinən Xamis Tapdıqov və İmamqulu Məmmədov saxlanılıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş