Bakıda avtobuslarda şəffaf arakəsmələr quraşdırılıb

Xəbərlər

15.05.2020 - 11:13

cedabet dərman SEO Xidməti

Taksi minik avtomobillərində də bu iş həyata keçirilir

 

Bakıda sərnişindaşımalara cəlb edilən 1400-dən artıq avtobusda şəffaf arakəsmələrin quraşdırılıb. Bu barədə AYNA-ya Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

 

Qeyd edilib ki, əlavə olaraq 553 avtobusda da istehsalçı tərəfindən quraşdırılan kabinalar mövcuddur. Qalan digər avtobuslarda da arakəsmələrin quraşdırılması üçün iş aparılır. Eyni zamanda, taksi minik avtomobillərində də bu iş həyata keçirilir.

 

Qeyd edək ki, koronavirus pandemiyasına görə ictimai nəqliyyatda yoluxma sayını minimuma endirmək üçün sosial məsafənin qorunması, bu məqsədlə avtobus və taksilərdə arakəsmələrin quraşdırılmasına başlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş