Bakıda anbar və sexdə yanğın olub

Hadisə

23.01.2025 - 22:35

Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb

Bakının Xətai rayonunda yanğın olub. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, ümumi sahəsi 220 m² olan bir dam altında tikilən birmərtəbəli tikilinin (anbar, sex və transformator otağı) sahəsi 110 m² gigiyenik məhsulların süzülməsi sexində 2 ədəd aparat və aparatlara quraşdırılan, həcmi 400 litr və 200 litr çənlərdə olan tibbi spirt yanıb.

Yüksək temperaturdan 2 ədəd aparatın üzlük hissəsi, sexin lambirdən ibarət tavanı 100 m² sahədə və 1 ədəd kondisioner əriyib. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş