Vüsal Kərimli: “Hazırda paytaxt sakinlərinə 1750 avtobus xidmət göstərir”
Ölkədə xüsusi karantin rejiminin elan olunduğu tarixdən - martın 24-dən indiyədək paytaxtda 20 milyondan çox sərnişin daşınıb. AYNA xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli, Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
“Hazırda Bakıda sərnişinlərə 1750 avtobus xidmət göstərir. Əlavə sürücülər işə qəbul edilib və onlar ekspress marşrut xətləri üzrə xidmət göstəriblər. Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində avtobuslarda mütəmadi dezinfeksiya işləri aparılıb”, - Kərimli bildirib.