Cinayət əməlini törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb
Bakının Xəzər rayonunda talama cinayəti qeydə alınıb. AYNA.AZ xəbər verir ki, bu baradə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, naməlum şəxslər zərərçəkənin yaşadığı evin həyətindən 17000 manat dəyərində mal-qara oğurlayıblar.
Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qabaqcadan əlbir olaraq cinayət əməlini törətməkdə şübhəli bilinən 39 yaşlı N.Novruzov və 21 yaşlı H.Vəlizadə saxlanılıblar.