Bakı və qəsəbələrində yeni məktəblər tikiləcək

Xəbərlər

05.05.2020 - 13:44

Prezident Bakı Şəhər İcra Hakimiyyətinə 20 milyon manat ayırdı

 

Prezident İlham Əliyev Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

 

AYNA-nın Prezidentin saytına istinadən məlumatına görə, Sərəncama əsasən, Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin (siyahı əlavə olunur) tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.17.1-ci yarımbəndində göstərilmiş 20 milyon manat Bakı Şəhər İcra Hakimiyyətinə ayrılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş