Bakı və İrəvan Minsk Qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət göndərib

Xəbərlər

11.08.2025 - 22:18

ATƏT ölkələri qərarın qəbul edilməsi üçün lazımi prosedurları dəstəkləməyə çağırılıblar

Azərbaycan Respublikasının və Ermənistan Respublikasının xarici işlər nazirlərinin ATƏT-in Minsk Prosesi və əlaqəli strukturların (ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun) bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətindən sonra, bu gün ATƏT Nazirlər Şurasının bağlanma ilə bağlı qərar layihəsi ATƏT iştirakçı dövlətləri arasında yayılıb.

AYNA.AZ xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, ATƏT ölkələri qərarın qəbul edilməsi üçün lazımi prosedurları dəstəkləməyə çağırılıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş