Hakan Fidan: “Saziş imzalanan kimi, Türkiyə də Ermənistanla münasibətləri sürətlə normallaşdıracaq”
“Ermənistan və Azərbaycan arasında yekun saziş imzalanan kimi, Türkiyə də Ermənistanla münasibətləri sürətlə normallaşdıracaq.
AYNA.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Romada Beynəlxalq Münasibətlər İnstitutunda keçirilən konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, rəsmi “Ankara Ermənistan və Azərbaycan arasında yekun sülh sazişinin gələn ilin birinci yarısında imzalanacağını gözləyir”.