Qəza Bakı-Quba yolunun Biləcəri qəsəbəsi ərazisindən keçən hissəsində baş verib
DYP-nin Dövlət Ekoloji Nəzarət Postunun yaxınlığında Yol Patrul Xidməti (YPX) avtomobilinin iştirakı ilə qeydə alınan yol-nəqliyyat hadisəsi dekabrın 31-i saat 14:00-da baş verib. AYNA xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib.
Qeyd olunub ki, qəza Bakı-Quba yolunun Biləcəri qəsəbəsi ərazisindən keçən hissəsində baş verib: "YPX-yə məxsus BMW markalı avtomobil maneəyə çırpılıb. Hadisə nəticəsində xəsarət alan və həlak olan yoxdur. Bu, maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisəsidir".