Bakı-Qazax yolunda piyadanı avtomobil vuraraq öldürüb

Xəbərlər

30.04.2024 - 20:38

Bakı-Qazax magistral yolunun Goranboy rayon ərazisindən keçən hissəsində avtomobil yaşlı kişini vuraraq öldürüb.

AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə Zazalı postu yaxınlığında qeydə alınıb.

Piyada ağır halda xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır

Müəllif: Ayna.az