Tələbi pozanlar qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olununacaqlar
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) vətəndaşlara çağırış edib. AYNA-nın xəbərinə görə, BŞBPİ-nin çağırışında bildirilib ki, ölkədə tətbiq olunmuş hərbi vəziyyət rejimi ilə bağlı Bakı şəhərində saat 21.00-dan 06.00-dək tətbiq edilən komendat saatı müddətində yaşayış yerlərini tərk etməmək tələb olunur.
Əks halda bu tələbi pozanlar qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olununacaqlar.