Bakı metrosunda sərnişin ölüb

Xəbərlər

11.10.2025 - 10:32

Hadisə 28 May stansiyasında qeydə alınıb

Bakı metrosunda ölüm hadisəsi baş verib. AYNA.AZ APA-ya istinadən xəbər verir ki, hadisə 28 May stansiyasında qeydə alınıb. 1953-cü il təvəllüdlü sərnişin stansiyada ölüb.

“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, qatarda halı pisləşmiş sərnişin "28 May" stansiyasında düşürüldükdən qısa vaxt sonra vəfat edib: “Məlumat daxil olan kimi təcili tibbi yardım briqadası çağırılıb və qatardan düşürülən kimi sərnişinə ilkin yardım göstərilib. 70-75 yaş arası kişi sərnişinin ölüm faktı ilə əlaqədar aidiyyəti üzrə qurumlara məlumat verilib”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş