“Bakı Metropoliteni”nin Müşahidə Şurasının tərkibi yenilənib

Xəbərlər

25.09.2025 - 11:19

Toğrul Quluzadə və Murad Əhmədov Müşahidə Şurasının üzvləri təyin edilib

“Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurasının tərkibi yenilənib. AYNA.AZ xəbər verir ki, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) Hüquq departamentinin direktoru Toğrul Quluzadə və Tikinti layihələrinin idarəolunması departamentinin direktoru Murad Əhmədov QSC-nin Müşahidə Şurasının üzvləri təyin edilib.

Qeyd edək ki, Şuranın rəhbəri AZCON-un icraçı direktoru Şahin Babayevdir. Eyni zamanda AZCON-un icraçı direktorunun müavini Vüqar Mirzəzadə və AZCON-un maliyyə departamentinin direktoru Taylan Tekeli Şuranın üzvləridir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş