Bakı məktəbləri ordumuza dəstək aksiyaları keçirir - <font color=red> FOTO</font>

Xəbərlər

13.10.2020 - 14:14

cedabet dərman SEO Xidməti

Təhsil işçiləri və valideynlər qanvermə aksiyalarına da qoşulurlar

 

Bakının ümumi təhsil müəssisələri kollektivlərinin Azərbaycan Ordusuna dəstək aksiyaları davam edir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki bir sıra məktəblərin pedaqoji heyətinin, şagird və valideynlərin təşəbbüsü ilə işğal altında olan torpaqlarımızın azadlığı, Vətənin bütövlüyü uğrunda mübarizə aparan ön cəbhədəki əsgərlərə, eləcə də, düşmən hücumu nəticəsində zərər çəkmiş ailələrə hərtərəfli dəstək göstərilir. AYNA xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb.

 

Bildirilib ki, məktəb kollektivləri əsgərlərlə görüşlərdə ərazi bütövlüyümüzün bərpasına sonsuz inam ifadə edir, hər bir azərbaycanlının döyüşə hazır olduğunu vurğulayırlar. Şagirdlərin böyük həvəs və ruh yüksəkliyi ilə yazdıqları məktublar da əsgərlərə təqdim olunur. Həmçinin, bir çox təhsil işçiləri və valideynlər qanvermə aksiyasına qoşulurlar.

 

Qeyd edək ki, dəstək aksiyalarının təşkilində əsas məqsəd xalq-ordu birliyini daha da möhkəmləndirmək, cəmiyyətdə vüsət alan yardımlaşma təşəbbüslərinin genişlənməsinə nail olmaq, xalqın sarsılmaz həmrəyliyini nümayiş etdirmək və Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə diqqəti cəlb etməkdən ibarətdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş