Bakı-İstanbul xüsusi reyslərinin sayı artacaq

Xəbərlər

03.08.2020 - 10:51

cedabet dərman SEO Xidməti

Həftənin çərşənbə axşamı, cümə axşamı, şənbə və bazar günləri İstanbula gündə iki reys həyata keçiriləcək

 

Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakı ilə İstanbul arasında xüsusi reyslərin sayını yenidən artıracaq. AZAL-dan AYNA-ya verilən məlumata görə, avqustun 6-dan etibarən İstanbul istiqamətində reyslərin sayı həftədə 11-dək artırılacaq (hazırda şəhərlər arasında uçuşlar hər gün həyata keçirilir).

 

Həftənin çərşənbə axşamı, cümə axşamı, şənbə və bazar günləri AZAL İstanbula gündə iki reys həyata keçirəcək.

 

Tələbələr aviabilet alışı zamanı AZAL-ın reyslərində 30 faiz həcmində güzəştdən yenidən yararlana biləcəklər.

 

Yeni qaydalara əsasən, uçuşlara yalnız koronavirus (COVID-19) testindən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər buraxılacaq.

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş Bakıdakı laboratoriyaların siyahısı ilə aşağıda tanış ola bilərsiniz:

 

https://www.azal.az/az/information/covid-clinics.

 

Bütün hallarda testin nəticəsi reysdən əvvəl 48 saat ərzində alınmalıdır. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş