Bakı-Ağstafa qatarına əlavə reyslər təyin edilib

Xəbərlər

13.11.2025 - 11:23

Artan sərnişin tələbatı təmin olunur

Azərbaycan Dəmir Yolları QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə noyabrın 14, 15 və 16-da Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edib. AYNA.AZ xəbər verir ki, bu barədə ADY-dən bildirilib.

Qeyd olunub ki, bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər etmək mümkündür.

Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş