Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Xəbərlər

30.05.2024 - 13:06

cedabet dərman SEO Xidməti

Əlavə qatar reysləri həftəsonu günlərinə təyin edilir

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir. AYNA xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Məlumata görə, Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri həftəsonu günlərinə təyin edilir.

Əlavə təyin edilən qatarlar iyunun 1-də saat 09:15-də Bakıdan- Ağstafaya, iyunun 2-də saat 15:00-da isə Ağstafadan-Bakıya yola düşəcək.

Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin saytından və ya "ADY Mobile" tətbiqi vasitəsilə əldə etmək mümkündür.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş