Dövlət Su Ehtiyatları Agentliyi xəbər verib. narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib
Magistral su kəmərində aparılan təmir işləri ilə əlaqədar Bakı şəhərinin Sabunçu rayonunun bir hissəsinə, Abşeron rayonunun bir hissəsinə və Sumqayıt şəhərinin “Bağlar” adlanan ərazisinə içməli suyun verilişində məhdudiyyətlər olacaq.
AYNA xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi xəbər verib.
Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.