Bacısını öldürməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Hadisə

06.06.2024 - 12:29

Həkimlər Klinikalar SEO Xidməti

Prokurorluq Hindarxda baş verən qətllə bağlı məlumat yayıb

İyunun 5-də saat 23 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsi ərazisində 1993-cü il təvəllüdlü Səbinə Məmmədovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ağcabədi Rayon Prokurorluğundan AYNA-ya verilən məlumata görə, araşdırmalar nəticəsində 1991-ci il təvəllüdlü Sadiq Kərimovun aralarında yaranmış mübahisə zamanı dəmir linglə xəsarətlər yetirərək bacısı Səbinə Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, Sadiq Kərimov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş