Səbail rayonunda ağır qəza baş verib
Səbail rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən AYNA-ya verilən xəbərə görə, Səbail rayonunun Parlament prospektində yolu keçən Qəbələ rayon sakini Sərxan Məmmədovu Bakı şəhər sakini S.Abdullayev idarə etdiyi “Hyundai” markalı avtomobillə vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hadisə ilə bağlı Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
AYNA xəbər verir ki, qəzada ölən şəxs Azərbaycan Televiziyasının (AzTV) işçisi olub. S.Məmmədov AzTV-də operator vəzifəsində çalışırmış.