AzTV-nin növbəti layihəsi - “Türk dünyası”

Mədəniyyət

19.05.2021 - 16:24

Həftədə bir dəfə yayımlanacaq verilişdə türkdilli xalqlardan birinin mədəniyyəti, tarixi, adət-ənənəsi barədə məlumatlar təqdim ediləcək

 

Azərbaycan Televiziyasının (AzTV) təşəbbüsü ilə türkdilli dövlətlər ortaq layihəyə imza atıblar. AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən AYNA-ya verilən məlumata görə, layihə “Türk dünyası” adlanır.

 

Həftədə bir dəfə yayımlanacaq verilişdə türkdilli xalqlardan birinin mədəniyyəti, tarixi, adət-ənənəsi barədə məlumatlar təqdim ediləcək.

 

Materiallar hər bir xalqın öz dilində olacaq. Lakin Azərbaycan tamaşaçısının tam başa düşməsi üçün alt yazı əlavə olunacaq.

 

Layihənin təşəbbüskarı AzTV olsa da, verilişin bütün türkdilli ölkələrin TV kanallarında verilməsi planlaşdırılır.

 

İlk buraxılışın gələn həftə yayımlanması nəzərdə tutulub.

 

Bu, Azərbaycanın türkdilli ölkələrlə sıx əməkdaşlığı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşündə dövlət başçılarının qaldırdığı təşəbbüslərə cavab olaraq yaradılan layihədir.

Müəllif: Ayna.az