Bizim insanların “Azovstal”dan xilas olunmasının növbəti mərhələsi davam edir
Ukraynada “Azovstal” zavodundan insanların təxliyəsi üzrə əməliyyatlar bu gün də davam edir. AYNA UNİAN-a istinadən xəbər verir ki, bu barədə Prezident ofisinin rəhbəri Endrey Yermak məlumat verib.
“Bu dəqiqələrdə bizim insanların “Azovstal”dan xilas olunmasının növbəti mərhələsi davam edir. Nəticələr barədə informasiya veriləcək”, - deyə o qeyd edib.
Ukrayna Prezidenti Volodimir Zelenskinin dünən verdiyi məlumata əsasən, həftə ərzində “Azovstal” zavodundan 150 nəfərə yaxın, Mariupoldan və onun ətrafından isə 300-dən çox insanı təxliyə etmək mümkün olub.